Yaranma tarixi
“Global Trust” 2002-ci ildə Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərə və yerli firmalara kompleks regional və yerli məsələlərin həllində vaxta qənaət olunmasına yardım etmək məqsədilə onları daha səmərəli tərcümə və lokalizasiya xidməti ilə təmin etmək üçün 3 ildən artıq peşəkar təcrübəyə malik ştatdankənar işçilər tərəfindən yaradılmışdır. İndi 9 ildən artıqdır ki, biz Azərbaycanda yazılı və şifahi tərcümə fəaliyyəti ilə məşğul oluruq.
Ötən illər ərzində şirkət sürətlə ölkədə və regionda yüksək etimad qazanmış Azərbaycan dilli yazılı və şifahi tərcümə, lokalizasiya şirkətinə çevrilmişdir. Tərəfdaşlarımızın və müştərilərimizin davamlı dəstəyi sayəsində “Global Trust” qısa zaman ərzində öz portfelini genişləndirmişdir.
2004-cü ildə şirkətin fəaliyyət dairəsinə avadanlığın icarəsi xidməti əlavə edildi.
Yükləmək üçün
Şirkətin profilinə klikləyin
Nə üçün “Global Trust”-ı seçməli?
Cavab sadədir! Məhz sizin sahəniz üzrə təcrübəli, peşəkar komandamız sizi Azərbaycan dilinə sürətli, ixtisaslı, səmərəli və keyfiyyətli tərcümələrlə təmin edəcəkdir. Mənbə və hədəf dillərdə birinci dil bacarığına malik mütəxəssislər olan tam ixtisaslı, yüksək təcrübəli tərcüməçilər bizim bütün işlərimizi yerinə yetirirlər.
Tərcüməçilərimizdən hər biri spesifik sahələr üzrə ixtisaslaşmışdır və sizi yüksək səviyyəli mükəmməl tərcümə edilmiş materiallarla təmin etmək üçün bütün keyfiyyətlərə, vasitələrə və təcrübəyə malikdirlər. Tərcüməçilərimizdən bəzilərinin tərcümə və dilçilik sahəsində dərəcəsi var, digərləri öz sahələri üzrə işləyən peşəkarlardır.
Təcrübə sahələrimiz
İmicimiz
“Global Trust” Tərcümə Şirkəti olaraq biz hər bir layihənin vacibliyini və müştərilərimiz üçün tam keyfiyyətin əldə olunmasınının təmin edilməsinin vacibliyini anlayırıq. Bizim keyfiyyət öhdəliyimiz müştərilərimizə tam və çevik xidmət təklif etmək üçün etibarlı, məsuliyyətli və peşəkar tərzdə işləməkdən ibarətdir.
Müştərilərimiz |