|
Biz bütün səviyyələrdə konfranslar, seminarlar, görüşlər, konvensiyalar və təqdimatlar üçün sinxron və ardıcıl (consecutive) şifahi tərcümə xidmətləri göstəririk.
Tərcüməçi nə edir ?
Tərcümə adətən iki formadan birində aparılır:
Ardıcıl tərcümə - burada tərcüməçi nitq parçasına qulaq asır, sonra ya onu ümumiləşdirir, ya da onun mahiyyətini verir. Bu daha çox təkbətək görüşlər yaxud kiçik qruplar üçün əlverişlidir.
Sinxron tərcümə - tərcüməçi mənanı real zamanda verməyə çalışır. Təbii ki, tərcüməçi məlumatı emal edənə qədər kiçik yubanma olur. Şifahi tərcümənin bu növü daha çox konfranslarda və tele/video konfranslarda isitfadə edilir.
Bilinməsi lazım olan məlumatlar …
Müxtəlif tərcümə kateqoriyalarından sinxron (konfrans) tərcümə sözsüz ki, ən çox tələbat olan tərcümədir
Minimum 2 tərcüməçi tələb olunur. Əgər siz bu xidməti bütün gün ərzində tələb etsəniz, işdən irəli gələn əqli yorğunluğa görə ən azı iki nəfər tərcüməçi götürmək lazım gələcəkdir.
Mütəxəssis avadanlığı tələb olunur. Yadda saxlamaq lazımdır ki, əgər müştəri “pıçıltı ilə tərcümə”ni istəmirsə, bu işin təbiəti mütəxəssis avadanlığını tələb edir. Adətən, tərcüməçi xüsusi kabinədə əyləşir və onun səsi tədbir iştirakçılarından hər birinə ötürülən elementləri qəbul edən miniatürə yayılır. Global Trust bilavasitə bu cür avadanlıqla təchiz edir. Daha ətraflı məlumat üçün bizim "Avadanlıq" səhifəmizə daxil olun.
Giriş məlumatı. Sinxron tərcümənin təyin edilməsindən öncə müvafiq və vaxtında giriş məlumatının mövcudluğu çox vacibdir. Tərcümə real vaxtda yerinə yetirildiyindən geri qayıtmağa və səhvləri düzəltməyə imkan olmur.
Tərcümə barədə daha ətraflı məlumat əldə etmək yaxud səriştəli tərcüməçilərin yararlılığının yoxlanması üçün, xahiş edirik +994 12 418 11 33 nömrəli telefonla və ya e-poçt vasitəsilə bizimlə əlaqə saxlayın:
| |